Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda narkomaniyaya qarşı mübarizə tədbirləri gücləndirilir

0

  • Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu ​ il tarixli, 1334​ nömrəli ​Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü ​ illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq 2023-cü ​ ildə Xocalı ​ rayonunda narkomanlığın qarşısının alınması məqsədi ilə tədbirlər planı hazırlanmış və ötən müddətdə onun icrası istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, Dövlət Proqramı idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə şöbəsi işçilərinin, gənclər və yeniyetmələrin, hüquq-mühafizə orqanlarının və din xadimlərinin iştirakı ilə 2023-cü ilin yanvar-iyun ayları​ ərəfəsində geniş müzakirə edilmiş və qanunamüvafiq qərarlar qəbul edilmişdir.​Rayon ərazisində mövcud olan narkotik tərkibli yabanı bitki növlərinin monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı halda bitən narkotik tərkibli bitkilərin məhv edilməsi üçün onları yayılma zonalarında ekspedisiyaların təşkili, belə bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlardan istifadə etməklə onların zərərli xassələrinin təbliği ilə əlaqədar olaraq RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrinə Dövlət Proqramının 4.4.15-ci maddəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə köməklik göstərilməsi məqsədi ilə qanunamüvafiq tapşırıqlar verilmiş və bu tapşırıqların icrası təmin edilmişdir.Rayon təhsil şöbəsi tərəfindən məktəblilər arasında sağlam həyat tərzi təbliğ edilmiş, həyati bacarıqlara əsaslanan təhsil fakültətiv kursu dərslərinin səmərəli keçirilməsi, şagirdlərlə aparılan təlim-tərbiyə prosesində narkomaniya və alkoqolizmin zərərli təsirləri mövzusunda söhbətlər aparılmış, bu mövzuda inşa, rəsm və müsabiqələr keçirilmişdir. Məktəblilər arasında “Sağlam həyat” və “Narkotiklərə “yox” deyək” devizi altında yarışlar keçirilmiş, rayon Gənclər və İdman idarəsi tərəfindən narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində yeniyetmə və gənclərlə aparılan iş rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılmışdır.Mayın 17-də Xocalı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə Xocalı rayon 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Lamiyyə Qarayeva, rayon icra hakimiyyəti aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov, Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Nəvai Həsənov, məktəbin pedaqoji kollektivi, IX, X, XI sinif şagirdləri və valideynlər iştirak etdilər.Dövlət Proqramının 4.4.13 maddəsinin icrası ilə əlaqədar narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması üçün 2023-cü ildə rayon ərazisində qabaqlayıcı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən 6 ​ yanvar ​ 2023-cü il tarixdə 2 ​ saylı Sərəncam imzalanmış və həmin Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri,, mütəxəssislər, digər aidiyyəti şəxslər və texniki vasitələr bu işə cəlb edilmişdir. Xocalı Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə yerlərdə geniş yığıncaqlar keçirmiş, yığıncaqlarda narkomanlığın yayılmasına, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı geniş fikir mübadiləsi aparılmış və narkotik tərkibli bitkilərin əkilib becərilməsi və təbii halda yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti orqan və vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmişdir. vasitələrin məhv edilməsi üzrə rayon komissiyası tərəfindən yandırılmaqla məhv edilmişdir.Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi daim rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların diqqət mərkəzində olmuşdur. Görülən tədbirlər nəticəsində Xocalı rayonu üzrə yetkinlik yaşına çatmayanlar içərisində narkomanlıq xəstəliyindən əziyyət çəkən heç bir şəxs qeydə alınmamışdır.
    Lamiyə Qarayeva,
    Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri​​
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaQəzet
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib37 dəfə
    rayonumuzda narkomaniyaya qarşı mübarizə tədbirləri gücləndirilir

    Maraqlı gələ bilər
    40
    32
    33